İngiltərə

Şeyx Mənsur “Siti”ni itirə bilər: İstintaqa cəlb edildi

“Mançester Siti”nin sahibi Şeyx Mənsur (tam adı Mansur bin Zayed Al Nahyan – red.) İngiltərənin xarici işlər naziri Ceyms Kleverlinin təşkil etdiyi istintaqa cəlb edilib.

Goal.com xəbər verir ki, BƏƏ-nin vitse-prezidenti Rusiya ilə əlaqələrdə şübhəli bilinir.

Britaniya hüquq-mühafizə orqanlarının məlumatına görə, Ukraynada müharibə başlayandan sonra Mənsur rus maqnatlarına vəsaitlərini İngiltərədən BƏƏ-yə köçürməyə kömək edib.

52 yaşlı Mənsur “Siti”ni 2008-ci ilin avqustunda alıb. Şeyxə qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, o, klubdan məhrum edilə bilər.

Premyer Liqanın yeni qaydalarına əsasən, klub sahibləri və direktorların cinayət əməllərində və ya insan hüquqlarının pozulmasında iştirak etdikləri aşkar edilərsə, tutduqları vəzifələrdən kənarlaşdırıla bilərlər.

Aut.az