İngiltərəDünya futbolu

Mudrikn dopinq işi: Harada “ilişdiyi” bəlli oldu

Mixail Mudrikin orqanizminə dopinq Ukrayna millisinin düşərgəsində olarkən daxil olub.

Aut.az BBC-yə istinadən xəbər verir ki, “Çelsi”nin cinah oyunçusunun milli komandada olarkən “ürək-damar dərmanı olan meldonium ilə təmasda olduğu” bildirilir.

Ukrayna Futbol Assosiasiyası bu məlumatı nə təsdiq, nə də təkzib edib.

“UAF nümayəndələri bu məsələni şərh edə bilməzlər, çünki UAF bu işdə tərəf deyil.

Nə Ümumdünya Antidopinq Agentliyi, nə də İngiltərə Futbol Assosiasiyası UAF-a heç bir müraciət etməyib. Biz Mudrikin vəkilləri ilə sıx əlaqə saxlayırıq və onlara lazım olan bütün məlumatları təqdim edirik.

Məxfilik müddəalarına görə əlavə şərh verə bilmərik.

Amma əminik ki, UAF nümayəndəsi, işçisi, həkimi və ya məşqçisi bu işə qarışmayıb”, – deyə assosiasiya bildirib.

Aut.az