Rusiyaya “hə” deyən vitse-prezident istefa verdi
İsveç Milli İdman Konfederasiyasının rəhbəri Karl-Erik Nilssonun istefaya gedib.
Eyni zamanda UEFA-nın birinci vitse-prezidenti olan Nilsson oktyabrın 6-da, cümə günü həmkarlar ittifaqı üzvləri ilə görüşündə qərarını açıqlayıb.
Karl-Erik Nilsson UEFA-nın Rusiyanın 17 yaşadək futbolçulardan ibarət komandalarının FİFA və UEFA-nın himayəsi altında turnirlərdə iştirakına icazə verilməsi qərarını dəstəkləyib və bu, tənqid dalğasına səbəb olub.
Bir sıra Avropa ölkələri, o cümlədən funksionerin doğma ölkəsi olan İsveç Rusiya yığması ilə oyunları boykot etdiyini açıqlayıb.
Aut.az
