Dünya futbolu

Mourinyonun karyerasında 750-ci qələbə: Hansı daha önəmlidir?

Əfsanəvi portuqaliyalı məşqçi Joze Mourinyo məşqçilik karyerasında 750-ci qələbəsini qeyd edib.

Aut.az xəbər verir ki, o, bu nəticəyə Portuqaliya Kubokunun 1/8 final matçında “Benfika”nın “Farense” üzərində 2-0 hesablı qələbəsi ilə nail olub.

“750 qələbə – hansı ən vacibdir? Ən birincisi? “Benfika”nın “Belenenseş” üzərində? Çempionlar Liqasında “Porto”nun “Monako” üzərində qələbəsi? Çempionlar Liqasının ikinci finalında “İnter”in “Bayern”ə qalib gəlməsi? Bugünkü “Farense” ilə oyundakı qələbə?.

Xeyr! Növbəti, 751-ci. Gəlin növbəti üzərində işləyək!”, – “EuroFoot” Mourinyonun sözlərini sitat gətirib.

Məşqçilik karyerası ərzində portuqaliyalı məşqçi iki dəfə “Benfika” və “Çelsi” də daxil olmaqla 10 kluba rəhbərlik edib. O, 26 kubok qazanıb və dörd dəfə “İlin klub məşqçisi” seçilib.

Aut.az