İspaniya

Nə anasını eşidir, nə də onu – Bildiyini edir

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qavi həddindən artıq aqressiv oyun tərzi ilə bağlı tənqidlərə cavab verib.

“Xavi məni sakitləşdirməyə çalışır, mənimlə çox danışır. Bəzən matçları təkrar izləyirəm və düşünürəm ki, “Müqəddəs axmaq, bunu necə etmək ağlıma gəldi?”

Amma ən çox anam əziyyət çəkir. Həmişə mənə meydanda dava etməməyi tövsiyə edir. Edəndə də çox əsəbiləşir. Amma mən özümü sona qədər mübarizə aparan futbolçu hesab edirəm və bu keyfiyyəti heç vaxt itirməyəcəyəm. “Barselona” üçün əlimdən gələni etməyə hazıram”, – deyə Qavinin sözlərini “Mundo Deportivo” sitat gətirir.

Xatırladaq ki, Qavi La Liqanın bu mövsümündə 8 matçda iştirak edib.

Aut.az