İngiltərə

Onu qovurlar?

“Mançester Yunayted” baş məşqçisi Erik Ten Haqla bağlı qərar verib.

Aut.az xəbər verir ki, niderlandlı mütəxəssis uğursuzluqlara rəğmən postunda qalacaq. İngiltərə klubunun rəhbərliyi mütəxəssisə hələ də güvənir.

Mövsümün startındakı 10 matçda alınan 6 məğlubiyyət azarkeşlərin qəzəbinə səbəb olsa da, rəhbərlik uğursuzluqda baş məşqçini qınamır. Mançesterlilər Ten Haqı komandanı inkişaf etdirmək üçün ideal mütəxəssis hesab edir.

Çalışdırıcı zədəli oyunçuların çoxluğundan heç vaxt şikayətlənməyib. Lakin rəhbərlik bu amilin də nəticələrə təsir etdiyi qənaətindədir.