“Real”ın düşərgəsində ara qarışdı
“Real”ın düşərgəsində gərginlik yaşanır.
Aut.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçiləri Luka Modriç ilə Toni Kroos komandadakı durumlarından narazıdırlar. Bu barədə məlumatı “Relevo” yayıb.
Bildilir ki, Modriç və Kroos əvvəlki kimi komandada liderlik etmək istəyirlər. Bununla belə, “Real”ın rəhbərliyi baş məşqçi Karlo Ançelottiyə daha çox gənc futbolçulara güvənməyi tapşırıb.
Qeyd edək ki, 2023/2024 mövsümünün əvvəlində həm Luka Modriç, həm də Toni Kroos daha çox ehtiyat oyunçular skamyasında qalmaqla diqqət çəkirlər. Hər iki futbolçu cəmi 1 oyunda start heyətdən oyuna başlayıb.
