İspaniya

“Barsa”nı qəpiksiz tərk edəcək

“Barselona”nın sol cinah müdafiəçisi Markos Alonso 2023/24 mövsümünün sonunda klubu tərk edəcək.

Aut.az xəbər verir ki, “Barsa”rəhbərliyi ilə 33 yaşlı futbolçu bir-birinə çox hörmətlə yanaşırlar, lakin futbolçunun müqaviləsi hələ də yenilənməyib. Ona görə də o, azad agent kimi ayrılacaq.

Eyni aqibət Serjii Robertonu da gözləyə bilər , lakin onun gələcəyi baş məşqçi Xavinin komandada qalıb-qalmayacağından asılıdr.

Bu mövsüm Markos Alonso “Barselona”nın heyətində 7 oyun keçirib, lakin fərqlənə bilməyib. Transfermarkt portalı onun dəyərini 3 milyon avro qiymətləndirir.

Aut.az