İspaniya

“Barsa” bu biabırçılığı da yaşadı

“Barselona” tarixində ilk dəfə İspaniya çempionatında “Jirona”ya uduzub.

Aut.az xəbər verir ki, bu, ötən gecə reallaşıb. Barselona Olimpiya Stadionunda keçirilən qarşılaşma qonaqların 4:2 hesablı qələbəsiylə başa çatıb.

Əvvəllər İspaniya çempionatında “Barselona” və “Jirona” arasında altı oyun keçirilib. Bu qarşılaşmalardan 4-də “Barsa” dörd qələbə qazanıb. 2 dəfə isə heç-heçə qeydə alınıb.

“Barselona” hazırda 34 xalla İspaniya çempionatının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. “Jirona” isə 41 xalla vahid liderdir.