Dünya futbolu

Futbolçu deyil, terrorçudur – VİDEO

Honduras çempionatında sosial şəbəkələrdə müzakirələrə səbəb olan epizod baş verib.

Aut.az xəbər verir ki, “Marafon” klubunun müdafiəçisi Orelyana inanılmaz dərəcədə kobud tərzdə “Olimpia” komandasından iki rəqibini zədələyib. Maraqlıdır ki, Orelyananın tam hüquqlu müqaviləsi “Olimpia”ya məxsusdur və o, “Marafon”da icarə əsasında oynayır. Artıq 2023-cü ilin sonunda Orelyana “Olimpia”ya qayıdacaq.

Onu da qeyd etmək lazımdır ki, bu, futbolçunun çoxlu sarı vərəqələrə görə diskvalifikasiyadan sonra ilk oyunu idi. O, qəsdən kobudluğa görə uzunmüddətli diskvalifikasiya ilə üzləşəcək.