Dünya futbolu

Milli komandanın 22 yaşlı üzvü vəfat etdi

Ekvadorda milli komandasının və LDU klubunun futbolçusu Marko Anqulo vəfat edib.

Aut.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi yol qəzası keçirdikdən sonra bir aydan çox xəstəxanada ağır vəziyyətdə olub.

Oktyabrın 7-də Kitonun cənub-şərqində Anqulonun və daha dörd nəfərin içində olduğu “Ford Explorer” tam sürətlə 50 tonluq metal konstruksiyaya çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb.

Anqulo çanaq sümüyü sınığı, pnevmotoraks, beyin ödemi və digər xəsarətlər alıb. Həkimlərin bütün səylərinə baxmayaraq, o, ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, Anqulo Ekvador millisində 2 oyun keçirib.