Lukaku “Roma”da – FOTO
“Çelsi” Romelu Lukakunu “Roma”ya icarəyə verib.
İcarə müqaviləsi 30 iyun 2024-cü il tarixinədək etibarlıdır.
Belçika millisinin 30 yaşlı forvardının icarəsinə görə “Roma” 6 milyon avro ödəyəcək. Lukaku isə mövsüm üçün 7 milyon avro qazanacaq.
Lukaku ötən mövsümü icarə əsasında “İnter”də keçirib. A Seriyasında 25 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az
