Bu çempionatlarda VAR-la bağlı yenilik edildi
İtaliya A və B Seriyalarında yenilik edilib.
Aut.az xəbər verir ki, yeni mövsümdən VAR müdaxiləsindən sonra verilən hajun qərarları stadionda səsləndiriləcək. Bu barədə sözügedən liqaların Hakimlər İdarəsinin rəhbəri Canluka Rokki məlumat verib:
“Biz bu prosesə ciddi hazırlaşmışıq. İstəyirik ki, hakimlərin sözləri azarkeşlər üçün aydın olsun. Elanlara vaxt limiti qoyulmayıb. Hər kəsin öz danışıq tərzi, dili və reaksiyası var. Amma ifadələri və terminləri vahidləşdirmək, yəni standartlaşdırmaq üçün hələ işimiz var”.
Xatırladaq ki, VAR tətbiqinin ilk illərində hakimlər qərarlarını elan etmirdilər. Sonradan qaydalar yumşaldıldı və bəzi hallarda hakimlər təkcə qərarın dəyişdiyini deyil, həm də onun səbəbini qısa şəkildə izah etməyə başladılar. Bu praktika artıq bir sıra çempionatlarda tətbiq olunur.
Aut.az
