Oyundan sonra huşunu itirdi – FOTO
İtaliya A Seriyasının 9-cu turunun “İnter”lə oyunundan (0:3) sonra “Torino”nun futbolçusu Nikola Vlaşiç huşunu itirib.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Final fitindən dərhal sonra Vlasiç yerdə huşsuz vəziyyətdə görünüb və tərəfdaşları və “İnter” oyunçuları dəhşətə gəlib. Tezliklə Turin komandasının tibb işçiləri xorvatiyalıya kömək ediblər. Yarımmüdafiəçi ayağa qalxaraq meydanı təkbaşına tərk edib.
Nikola bütün ötən mövsümü icarə əsasında “Torino”da keçirib və bu yay Turin komandası oyunçunu Transfermarkt-ın məlumatına görə, İngiltərənin “Vest Hem” klubundan 12,8 milyon avroya alıb. Bu mövsüm xorvatiyalı bütün turnirlərdə doqquz oyunda iştirak edib.

Aut.az
