İtaliya

Əfsanənin komandası 34 il sonra geri qayıtdı

Mayın 4-də “Bari” və “Piza” komandalarının qarşılaşdığı İtaliya B seriyasının 37-ci turunun oyunu keçirilib.

Aut.az xəbər verir ki, meydan sahibləri rəqibini minimum 1:0 hesabı ilə məğlub edib.

Bu məğlubiyyətə baxmayaraq, “Piza” çempionatın başa çatmasına iki tur qalmış A Seriyasına vəsiqə qazanıb. Ən yaxın təqibçisi “Spesia” ilə xal fərqi 9-a çatıb.

Əfsanəvi sabiq forvard Filippo İnzaqanın rəhbərlik etdiyi klub 34 illik fasilədən sonra yenidən elit diviziona qayıdıb. “Piza” sonuncu dəfə 1991-ci ildə A Seriyasında çıxış edib.

“Sassuolo” B Seriyasında birinci yeri tutub. 38 turun nəticələrinə görə üçüncü-səkkizinci yerləri tutacaq 6 komanda A Seriyasına üçüncü vəsiqə uğrunda pley-offda yarışacaq.

Aut.az