UEFA mövsümün ən yaxşısını seçir: 3 namizəd var
UEFA rəsmi saytında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu adına üç namizədin adını açıqlayıb.
Aut.az xəbər verir ki, mövsümün ən yaxşı qadın futbolçu adı uğrunda ispanlar Aitana Bonmati və Olqa Karmona, həmçinin avstraliyalı Sem Kerr mübarizə aparacaq.
Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində məlum olacaq.
Qeyd edək ki, Bonmati və Karmona İspaniya millisinin heyətində 2023-cü il FİFA Qadınlararası Dünya Çempionatının qalibi olublar. Olqa ingilislərlə final matçında yeganə qolun müəllifi olub, Aytana isə mundialın ən yaxşı oyunçusu seçilib.
İki dəfə İngiltərədə ilin ən yaxşı futbolçusu seçilən “Çelsi”nin üzvü Kerr Avstraliya yığması ilə mundialı 4-cü yerdə bitirib.
