İspaniya

Müqaviləni uzatdılar – 500 milyonluq maddə ilə  

Mark-Andre ter Ştegen “Barselona” ilə müqaviləsini 30 iyun 2028-ci ilə qədər uzadıb.

Klubun rəsmi saytı xəbər verir ki, müqaviləyə 500 milyon avroluq sərbəst buraxılma maddəsi daxildir.

Ter Şteqen “Barselona”ya 2014-cü ilin yayında “Borussiya” (Münhenqladbax) keçib.

Alman “Barselona”nın heyətində 379 oyun keçirib. Bu göstəriciyə görə o, klub tarixində dördüncü yerdədir.

Aut.az