İtaliyaya qayıdır? – İki variant var
“Atletiko”un hücumçusu Alvaro Morata karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Roma” və “Yuventus” ispan hücumçu ilə maraqlanır. Bu barədə insayder Nikolo Skira məlumat verib.
Bir müddət əvvəl Morata Səudiyyə Ərəbistanından gələn səxavətli təklifi rədd edib. O, Avropada qalmaq istəyir.
Alvaronun transfer məbləği 12 milyon avrodur.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2014-2016-cı illərdə Turin klubunda çıxış edib. Bu mövsüm forvard klubunda 44 oyun keçirib, 20 qol vurub və 4 məhsuldar ötürmə edib.
Aut.az
