İspaniya

Ulduz futbolçu yenə sıradan çıxdı

“Atletik”ın hücumçusu Niko Uilyams komandaya qarşıdakı aylarda kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “El Chiringuito TV” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, 23 yaşlı futbolçu yenidən müalicə kursundan keçməlidir, çünki əvvəlki müalicə nəticə verməyib. Gözlənilir ki, Niko Uilyams 6–8 həftə meydanlardan kənarda qalacaq.

Cari mövsümdə Uilyams bütün turnirlər nəzərə alınmaqla 23 oyunda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Aut.az