Messini qoruyan şəxs bu müharibələrdə qan töküb
MLS matçlarında “İnter Mayami”nin hücumçusu Lionel Messinin mühafizəçisi İraq və Əfqanıstan müharibəsi veteranıdır.
Aut.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşrin məlumatına görə, cangüdəni klubun ortağı Devid Bekhem işə götürüb. İndi bütün matçlarda Messini ABŞ ordusunun keçmiş xüsusi təyinatlısı Yassin Çueko müşayiət edir. Oyunlar zamanı o, meydanın kənarında olur.
36 yaşlı Messi iyulun 15-də “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.
