Ronaldonun tələbi yerinə yetirildi – FOTO
“Əl-Nəsr” növbəti transferini reallaşdırıb.
Aut.az xəbər verir ki, “sarı-göylər” “Porto”nun yarımmüdafiəçisi Otavionu heyətinə qatıb. Bu barədə Səudiyyə klubunun sosial şəbəkələrində məlumat yayılıb.
Komandanın kapitanı və lideri Kriştiano Ronaldonun istəyi ilə transfer edilən yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

