Dünyanın ən seksual atleti Haalanda meydan oxudu
“Busted Coverage” jurnalına görə planetin ən seksual idmançısı kimi tanınan almaniyalı Alisa Şmidt İngiltərənin “Mançester Siti” klubunun və Norveç millisinin hücumçusu Erlinq Haalanda meydan oxuyub.
Aut.az xəbər verir ki, idmançıdan 400 metr məsafədə Haalanda qalib gələ bilib-bilməyəcəyini soruşduqda, Şmidt belə cavab verib: “Ah, bilmirəm. Ola bilər. Düşünürəm ki, 400 metrdə bunu bacararam. Amma 200 metrdə daha çətin olar. Ancaq nə vaxtsa Haalandla yarışmaq istərdim.
Bəlkə də Erlinqə dəvət göndərməliyəm. Mən həmişə hazıram. Halland, əgər mənimlə döyüşməyə hazırsansa, hansımızın daha sürətli olduğunu yoxlamaq istərdim”, – “Daqbladet” atletdən sitat gətirib.
Aut.az
