Rekord qeydə alındı: 1 milyona yaxın azarkeş gəldi
Ötən bazar, sentyabrın 10-da Nyu-Yorkda başa çatan ABŞ Açıq Tennis Çempionatında izləyici sayına görə rekord qeyd edib.
Təşkilat komitəsinin məlumatına görə, turnirin görüşlərində 957 387 tamaşaçı iştirak edib.
Xatırladaq ki, qadınlar arasında ABŞ Açıq çempionatının qalibi finalda Arina Sobolenkaya qalib gələn 19 yaşlı amerikalı Koko Qoff olub.
Kişilər arasında isə serbiyalı Novak Cokoviç həlledici görüşdə Daniil Medvedevə qalib gələrək kubokun sahibi olub.
Aut.az
