DÇ: Azərbaycan gümüş medal qazandı
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı davam edir.
Aut.az xəbər verir ki, bu gün qadınlar arasında 25 metr məsafəyə tapançadan standart atəş açma yarışında Azərbaycan komandası gümüş medal qazanıb. Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət “üçlük” yalnız Çin komandasından geri qalıb.
Bürünc medallar isə Hindistan komandasının payına düşüb.
