Federasiya prezidenti həbs edildi
Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelkonun işi üzrə məhkəmə keçirilib.
Aut.az xəbər verir ki, Lvovda keçirilən məhkəmə iclaslarında funksionerin həbs-qətimkan tədbiri dəyişdirilib.
Pavelko haqda əvvəl çıxarılmış iyulun 10-dək Kiyev və Ukrayna hüdudlarından kənara gediş-gəliş qadağası ləğv olunub. Əvəzində o, 60 gün müddətinə – bu ilin avqustun 14-nə kimi istintaq təcridxanasına göndərilib.
Bundan əlavə, məhkəmə əvvəllər Pavelko üçün ödənilmiş girovdan 9,88 milyon qrivinin dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.
