Dünya futbolu

“Əl-Nəsr”i vətəninə aparır, üstəlik, tələb edir ki…

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldonun komandanın transferlərində müəyyən təsiri var.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Mənbənin məlumatına görə, Ronaldo komanda rəhbərliyinə İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Uilyam Karvalyonu transfer etməyi məsləhət görür.

Həmçinin, “Əl-Nəsr” mövsümöncəsi təlimin çox hissəsini hücumçusunun vətəni olan Portuqaliyada keçirəcək.

31 yaşlı Karvalyo ötən mövsüm “Betis”in heyətində 43 oyuna çıxıb, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Portuqaliyalı yarımmüdafiəçinin ispan klubu ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir.

Aut.az