Komandasının oyununa ən çox təsir edən vinger
Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CIES) məlumatına görə, “Liverpul”un cinah oyunçusu Məhəmməd Salah dünyanın 60 yüksək liqasında komandasının çıxışına ən çox təsir edən oyunçudur.
Aut.az xəbər verir ki, araşdırma zamanı aşağıdakı statistik göstəricilər nəzərə alınıb: hava oyunu, müdafiə, topun paylanması, driblinq, şansların yaradılması və həlledici zərbə. Misirli futbolçunun indeks dəyəri 100 olub.
Ötən mövsüm komandasının oyununa ən çox təsir edən 10 cinah oyunçusu:
Məhəmməd Salah (“Liverpul”) – 100.
Lamin Yamal (“Barselona”) – 99,6.
Mixael Olise (“Bavariya”) – 98,1.
Rafinya (“Barselona”) – 93,2.
Luis Dias (“Liverpul”) – 91,4.
Morqan Rocers (“Aston Villa”) – 91,3.
Brayan Mbemo (“Brentford”) – 90,8.
Bredli Barkola (PSJ) – 90,5.
Usman Dembele (PSJ) – 88,8.
Vinisius Junior (“Real”) – 88,2.
Aut.az
