Dünya futbolu

“Yuve”nin əfsanəsi ərəblərin yanında 6 ay da duruş gətirə bilmədi

Əfsanəvi çexiyalı futbolçu Pavel Nedved Səudiyyə Ərəbistanının “Əl-Şəbab” klubunun idman direktoru vəzifəsini tərk edir.

Aut.az xəbər verir ki, bu barədə Nikolo Şira məlumat yayıb.

52 yaşlı Nedved bu vəzifəyə 2025-ci il yanvarın 8-də başlayıb.  Lakin o, hətta altı ay belə orada işləməyib.

2024/25 mövsümündə “Əl-Şəbab” Səudiyyə Ərəbistanı çempionatında 60 xal toplayaraq altıncı yeri tutub.

Səudiyyə Ərəbistanına səfərindən əvvəl Nedved uzun müddət “Yuventus”un vitse-prezidenti olub. O, Turin klubunda da çıxış edib. 2003-cü ildə “Qızıl top”u qazanıb.

Aut.az