“Araz Naxçıvan” Türkiyə klubuna qarşı
Bu gün “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasinda ilk oyununu keçirəcək.
Aut.az xəbər verir ki, təmsilçimiz Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Bu görüş “Araz-Naxçıvan”ın və Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov üçün əlamətdar olacaq. O, ilk rəsmi sınağına ÇL-də çıxacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” qrupda Türkiyə təmsilçisi ilə yanaşı, Almaniya “Yan Regensburq”u və Latviya “Riqa”sı ilə birgə mübarizə aparacaq. Bu qrupun oyunları Latviyada keçiriləcək.
UEFA Çempionlar Liqası. ilkin mərhələ. I tur
23 avqust
15:00 Araz-Naxçıvan – İstanbul Şişli
Hakimlər: Arttu Kyynaeraeinen (Finlandiya), Drazen Vukçeviç (Monteneqro), Georgios Kozakos (Kipr)
Timekeeper: Kiazo Leladze (Latviya)
Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils. Salaspils İdman Arenası
