Heyrətamiz: 2 milyon tribunada, 2 milyard isə…
FİFA prezidenti Canni İnfantino Sidneydə (Avstraliya) keçirilən ikinci Qadın Futbolu Konqresində çıxış edərək 2023-cü ildə keçirilən qadınlar arasında dünya çempionatı haqda danışıb.
Aut.az xəbər verir ki, İnfantino nəticələrin təsirli və heyrətamiz olduğunu bildirib.
“Qadınlar arasında keçirilən bu dünya çempionatı həqiqətən möhtəşəm oldu. Ev sahibi ölkələrdə mundialı tribunalarda 2 milyona yaxın, dünya üzrə isə 2 milyard tamaşaçı izlədi. Sadəcə qadın futbolu tarixində ən yaxşı, ən böyük və ən heyrətamiz turnirdir”, – FİFA-nın rəsmi saytı İnfantinodan sitat gətirib.
Xatırladaq ki, DÇ-2023-ün finalında İspaniya və İngiltərə milliləri oynayacaq. Qarşılaşma avqustun 20-də baş tutacaq və Bakı vaxtı ilə saat 13:50-də başlayacaq.
Aut.az
