Hemilton DÇ-2026-da bu iki yığmaya azarkeşlik edəcək
“Ferrari” pilotu Lyuis Hemilton qarşıdan gələn Dünya Kubokunda təkcə İngiltərəyə deyil, həm də Braziliyaya azarkeşlik edəcəyini bildirib.
Aut.az xəbər verir ki, yeddiqat Formula 1 çempionu Cənubi Amerika ölkəsinin fəxri vətəndaşıdır.
“İngiltərəyə azarkeşlik etdiyim qədər onlara da azarkeşlik edəcəyəm. Düzünü desəm, Braziliya həmişə mənim ən sevdiyim komanda olub. İngiltərədə böyüyərkən Braziliyanı izləməyi çox sevirdim. Onlar həmişə baxımlı futbol oynayırlar.
Və mən onların haradan gəldiyini qiymətləndirirəm. Bir çox futbolçu küçələrdə ayaqyalın oynayırdı və Braziliya mədəniyyətində xüsusi bir şey var”, – deyə britaniyalı Monako Qran Prisindən əvvəl bildirib.
Aut.az
