Fransanı Afrika komandası adlandıran siyasətçidən ittihamlara cavab
Argentinanın Mendoza əyalətinin vitse-qubernatoru Ebe Kasado Fransa və Paraqvay arasında 1/8 final matçından sonra sosial media paylaşımına görə ünvanına gələn tənqidlərə cavab verib.
Aut.az xəbər verir ki, Fransanın Kilian Mbappenin penaltisi sayəsində 1-0 hesabı ilə qalib gəldiyi oyundan sonra Kasado sosial media səhifəsində yazmışdı: “Afərin, Paraqvay. Afrika komandası özünü pis aparır. Mbappeyə dözə bilmirəm”.
Siyasətçi bu paylaşıma görə irqçilikdə ittiham olunub.
“Həqiqət budur ki, mən bu şərhdə heç bir irqçi çalar görmürəm. Əgər kimsə bunu irqçi kimi qəbul edirsə, bu, afrikalıları aşağı hesab etmələri ilə bağlıdır. Mən belə düşünmürəm. Ayrı-seçkilik və irqçi ifadələr afrikalı olmağın təhqir olduğunu düşünənlərdən gəlir. Mən belə düşünmürəm. Mən onların ləyaqətini şübhə altına almıram”, – deyə Kasado yerli LV10 radiosundakı “Opinion” proqramında bildirib.
Aut.az
