Dünya cempionatı

“Messinin DÇ-2026-da iştirakı güc balansını dəyişdirəcək”

Hazırda “Vankuver” klubunda çıxış edən tanınmış alman hücumçu Tomas Müller 38 yaşlı argentinalı futbolçu Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak ehtimalı ilə bağlı fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, DÇ-2014-ün qalibi “Yahoo Sports”a açıqlamasında bunları bildirib:

“Əgər Leo mundiala gəlsə, bu çox maraqlı olacaq. Onun iştirakı turnirdə qüvvələr balansını dəyişə bilər. MLS-də o, yüksək səviyyə göstərib, amma top səviyyəli rəqiblərə qarşı oyunlarda necə görünəcəyini bilmirəm… Mən Argentinanı turnirin əsas favoritlərindən biri hesab edirəm”.

Xatırladaq ki, Argentina yığması hazırkı dünya çempionudur.

Aut.az