Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…- Fiziki baxımdan çətin oyun idi. Komandada yorğunluq var idi. Təhlükəli hücumlarımız oldu, ancaq qola çevirə bilmədik. Düşünürəm ki, bu səbəbdən oyunların ritmi yüksəkdir. Yaxşı məşq etməyə vaxt olmur, sabah İstanbula yola düşürük. Türkiyədən qayıtdıqdan sonra bir gün vaxtımız olacaq, sonra oyun var. Oyunçuları bərpa etməyə vaxtımız olmur. Fiziki forma baxımından bizim üçün çətin perioddur.
– “Sabah”ın oyunu təxirə salındı. Sizin bununla bağlı müraciətiniz oldu?
– Düşünürəm ki, bu matçı təxirə salmaq gec idi. “Beşiktaş”la ilk oyundan əvvəlki görüşü təxirə salmalı idik. Müraciət etdik ki, həmin matçı təxirə salaq, amma “yox” cavabı gəldi. O biri komandalara baxsaq, 5 oyun ardıcıl evdə oynayan var. Lakin biz ancaq səfərə gedirik. Bu periodu da keçəcəyik. Düşünürəm ki, milli komandaların oyunlarına görə yaranacaq fasilədə yaxşı məşqlər edə biləcəyik. Son oyunlara baxsaq, komanda çox enerji itirib. “Jelezniçar”la matçda bütün gücümüzü qoyduq, sonra Gəncəyə getdik və uduzduz. Bakıya qayıdandan sonra “Beşiktaş”la qarşılaşdıq. Bugünkü matçda görünürdü ki, hücumu bitirə bilmirik, yorğunluq var. Bir neçə həftə sonra daha yaxşı olacağıq. Fürsətlərdən istifadə edəcəyik ki, yaxşı məşqlər edək. Çəni yanacaqla doldurmağa çalışacağıq.
– Aaron Olanare bu gün startda başladı və bir-iki epizodu boşa verdi. Onu əvəzləmək üçün oyunçu yox idi?
– Aaronun artıq çəkisi yoxdur, fiziki görünüşü belədir. Onu mühakimə etmək üçün düzgün vaxt deyil. Sırf 9 nömrə baxımından əlavə oyunçumuz yoxdur. Həmin mövqedə Andre Bava və Ozobiçi yoxlamışam. Yeni transferlər olacaq. Onlar gələndən sonra daha güclü olacağıq.
– İki turda xal itirdiz. Növbəti matç da “Sabah”a qarşı olacaq…
– “Sabah”ın da çətin səfəri var. Mənim üçün vacib amil oyunçuların formalarını tez bərpa etmələridir. Başa düşürəm, fiziki hazırlığımız ürəkaçan deyil. Bunu qəbul edirik. Çalışırıq, üzərimizdə işləyək. Oyunda sürəti təyin edən komanda biz idik, amma bu da istədiyim dərəcədə deyildi. Bir neçə dəfə rəqibin qapısına yaxınlaşdıq, amma bəxtsizlik oldu. Hazırda durumumuz 50 faizdir.
– Emin oyundan çıxanda kapitanlıq sarğısını Rəhmana verdi. Hamı Qaraya veriləcəyini gözləyirdi…
– Bu, mənim qərarım deyildi. Futbolçuların öz qərarıdır. Qara komandaya yeni qoşulub.
– Qaranın oyunu haqda fikirləriniz nədir?
– Son vaxtlarda az şans qazanıb. Oynamalıdır ki, praktikası artsın. Ondan gözləntim daha çoxdur. Güclü və yaxşı oyunçudur. Eyni şeyi Emindən də gözləyirəm. Eddi İsrafilov və Kilan Lebon da zədəlidir. Bunlara baxanda görürük ki, komanda yaxşı toplanış keçməyib. Üzərimizdə işləməliyik. Söz verirəm ki, daha yaxşı məşq edəcəyik və oynayacağıq. Bugünkü oyunda yorğunluq da var idi, meydança da ağırlıq verirdi. Belə oyunlarda qələbə üçün yüksək ritm tətbiq etməlisən. Rəqibin müdafiədə olacağını bilirdik, buna hazırlaşmışdıq. Əks-hücumdan qol buraxdıq.
– Oyunda çox qəzəbli hiss olunurduz. Bu, oyunçuların fərdi səhvləri ilə bağlıdır, ya necə?
– Çox əsəbi idim. Məğlub olmağı sevmirəm. Hətta evdə oğlumla futbol oynayanda da qələbə qazanmaq istəyirəm. Futbolu çox sevirəm və həssas yanaşıram. Komandanın yaxşı epizodları qola çevirə bilmədiyini görəndə özümdən çıxıram. Bu kluba və oyunçulara inamım böyükdür. Bilirəm ki, daha artığını edə bilərik.