Tibbi müayinədən keçdi, məşqə qatıldı
İyulun 13-də Lionel Messi “İnter Mayami”nin məşqinə qatılıb və komanda yoldaşları ilə görüşüb.
Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Mənbənin sözlərinə görə, argentinalı dünən tibbi müayinədən keçib, lakin Messinin fotoları transfer rəsmi elan olunana qədər yayımlanmayacaq.
PSJ və “Barselona”nın keçmiş hücumçusunun karyerasını “İnter Mayami”də davam etdirmək niyyətində olmasını iyunun 7-də futbolçunun özü açıqlayıb.
“Qızıl top”un yeddiqat qalibi iyulun 21-də Meksika “Kruz Azul”u ilə matçda yeni klubunda debüt edə bilər.
Aut.az
