Polis Linqardı cərimələdi: Görün nəyə görə
Cənubi Koreya polisi “Seul”un yarımmüdafiəçisi Cessi Linqardı lisenziyasız elektrikli skuter idarə etdiyinə görə cərimələyib.
Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Cənubi Koreyada mövcud qanunvericiliyə görə, ölkədə elektrik skuter idarə etmək üçün lisenziya almalısınız. Cərimə 128 avro təşkil edib.
Ötən ilin sentyabrında Linqard sərxoş maşın sürdüyünə görə Böyük Britaniyada 18 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, Linqard 2024-cü ilin fevralında Cənubi Koreya klubuna keçib. “Seul” heyətində 18 matçda iştirak edib və 4 qol vurub.
Aut.az
