“Napoli”nin “B” planı: Konte getsə, ona təklif göndərəcəklər
Antonio Konte baş məşqçi postundan ayrılacağı təqdirdə “Napoli” rəhbərliyi Massimiliano Alleqriyə illik 6 milyon avro məvaciblə 2 illik müqavilə təklif etməyi planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Yuventus” və “Milan”ın sabiq çalışdırıcısı Alleqri Konteni əvəzləməyə əsas namizəd sayılır. Konte ilə “Napoli” arasında müqavilə 2027-ci ilin yayına qədər qüvvədədir.
Qeyd edək ki, Alleqri 2014-cü ildə də “Yuventus”da Konteni əvəz etmişdi.
“Napoli” 2024/25 mövsümündə A Seriyasının qalibi olub.
Aut.az
