İngiltərə

İngiltərəni ÇL-də bu 6 klub təmsil edəcək

Mayın 25-də İngiltərə Premyer Liqasında 2024/2025 mövsümünə yekun vurulub.

Aut.az xəbər verir ki, gələn mövsüm İngiltərəni Çempionlar Liqasında təmsil edəcək klublar da müəyyənləşib.

ÇL-ə vəsiqəni Premyer Liqa çempionu “Liverpul”, ikinci yeri tutan “Arsenal”, bürünc mükafatçı “Mançester Siti”, həmçinin müvafiq olaraq dördüncü və beşinci yeri tutan “Çelsi” və “Nyukasl Yunayted” alıb.

“Tottenhem” Avropa Liqasının qalibi kimi Çempionlar Liqasına əlavə, altıncı vəsiqə əldə edəcək.

Aut.az