Konfrans Liqası

Konfrans Liqası: Kutaisidə kütləvi dava

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin Kutaisi “Torpedo”su ilə Bosniyanın “Sarayevo” klubları arasında keçirilən qarşılaşmada kütləvi dava düşüb.

Aut.az xəbər verir ki, bu barədə “Teleqraf.rs” məlumat yayıb.

Kutaisidə keçirilən oyun heç-heçə (2:2) başa çatıb. Matç başlamazdan əvvəl və görüş zamanı hər iki komandanın azarkeşləri arasında kütləvi dava və iğtişaşlar yaşanıb.

“Torpedo”nun azarkeşləri küçədə qonaqların azarkeşlərinə hücum edib, sonradan münaqişə tribunalara da keçib. Polisin müdaxiləsindən sonra ehtiraslar səngiyib.

Cavab qarşılaşması iyulun 20-də Bosniya və Herseqovinanın paytaxtında keçiriləcək.

Aut.az