Dünya futbolu

Belə çirkin iş görməmişdim – Agentlər haqda

“Havr”ın və Gürcüstan millisinin keçmiş hücumçusu Qiya  Quruli futbol agentləri haqda danışıb.

Aut.az xəbər verir ki, Quruli belə çirkli işi başqa heç yerdə görmədiyini iddia edib:

“Bir il agent kimi çalışdım. Yetdi. Mən heç vaxt belə çirkin iş görməmişdim. Futbolçulardan pul qazanmaq üçün bir növ fırıldaqçılıq təklif etdilər. Karyeramda bir agentim olub. Hər şeyə söz verdi, heç nə etmədi, pulu götürüb yoxa çıxdı.

Mən keçmiş İttifaq ölkələrindən birinə Avropadan bir futbolçu transfer etdim. Onun maaşı 500 dollar idi, amma 10 min yazdılar. Onlar mənə bunu təklif etdilər: gəl ona 2 min verək, 8 mini də bölək. Bundan sonra agent kimi karyeramı başa vurdum. Gördüm ki, mənim işim deyil”.

Aut.az