Mourinyo ondan əl çəkmir: Qapıda özüm dursaydım…
“Benfika”nın baş məşqçisi Joze Mourinyo Portuqaliya çempionatında “Portu” ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra Anatoli Trubin haqqında maraqlı açıqlamalar verib.
Aut.az xəbər verir ki, mütəxəssisin sözlərini “qartallar”ın mətbuat xidməti yayıb.
“Oynamaq çox çətin olan stadionda fantastik oynadıq. Deyərdim ki, Trubin bir dəfə də olsun bizi xilas etmədi.
Biz Varel, Bednarek və Kiveri zonadan kənarlaşdıra bildik. Əgər Trubinin əvəzinə qapıda mən olsaydım, heç nə dəyişməzdi. Bir zərbə dirəyə dəydi, Trubin topa toxunmadı”, – Mourinyo bildirib.
Qeyd edək ki, “Sofascore” statistik portalı ukraynalı qapıçıya orta qiymət verib.
Ümumilikdə, Anatoli Trubin bu mövsüm bütün yarışlarda 13 oyun keçirib, 7 qol buraxıb və 8 oyunda qapısını toxunulmaz saxlayıb.
Mourinyo daha əvvəl bildirmişdi ki, “Jil Visente” ilə oyunda ukraynalı qapıçının çıxışında qeyri-adi heç nə görmədiyini bildirmişdi.
Aut.az
