İddia edir ki, ondan qorxduğu üçün…
Amerikalı ağır çəkili boksçu Deontey Uaylder əmindir ki, yaxşı maliyyə təkliflərinə baxmayaraq, Aleksandr Usik onunla rinqə çıxmaq istəmir.
“Düşünmürəm ki, Usiki həqiqətən növbəti rəqib maraqlandırır. O, yalnız mənə qarşı döyüşmək istəmir. Sadəcə məndən qorxur. Usik dəfələrlə məndən qaçıb. Mənimlə duel üçün ona çoxlu pul vəd edilir, amma istəmir.
“O, mənimlə mübarizədə problem yaşamaq istəmir”, – deyə Uaylder bildirib.
Usikin növbəti rəqibi Daniel Dubois olacaq. Uaylder isə Endi Ruislə danışıqlar aparır.
Aut.az
