İngiltərə

76 yaşlı məşqçinin müqaviləsini yenilədilər

İngiltərənin “Kristal Pelas” klubu baş məşqçisi Roy Hocsonla müqaviləni yeniləyib.

Aut.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 76 yaşlı mütəxəssisin yeni sözləşməsi 2024-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, Roy Hocson bu ilin mart ayında “Kristal Pelas”a baş məşqçi təyin edilib. İngiltərə millisinin sabiq baş məşqçisi 2017-ci ilin sentyabrından 2021-ci ilin mayına qədər də “Kristal Pelas”ı çalışdırıb.