Karyerasını bitirdi
Belçikanın “Antverp” klubunun futbolçusu Viktor Fişer karyerasını bitirib.
Aut.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi tez-tez zədələnməsi səbəbindən bu qərara gəlib.
Fişer ötən mövsümü icarə əsasında İsveçin AİK klubunda keçirib. O, daha əvvəl “Ayaks”, “Midlsbro”, “Maynts”, “Kopenhagen” kimi komandalarda da çıxış edib.
Viktor Danimarka yığmasında 21 oyunda 3 qol vurub.
