Dünya futbolu

Messiyə qarşı təxribat – VİDEO

“İnter Mayami”nin futbolçusu Lionel Messi xoşagəlməz hadisə ilə üzləşib.

Aut.az xəbər verir ki, argentinalı futbolçuya butulka atılıb. Hadisə MLS çərçivəsində keçirilən “Los Anceles”lə oyun bitdikdən sonra, futbolçu paltardəyişmə otağına yollanarkən baş verib. Yerli azarkeşlər tərəfindən atılan əşya ona dəyməyib.

Qeyd edək ki, “İnter” səfərdə keçiriəln görüşdə “Los-Anceles”i 3:1 hesabı ilə məğlub edib. Messi komandasının qələbəsinə 2 məhsudar ötürmə ilə tövhə verib.