PFL-dən yeni layihə
Peşəkar Futbol Liqası ayın qolu” layihəsinə start verir.
Aut.az PFL-in saytına istinadən xəbər verir ki, avqust ayından etibarən Azərbaycan Premyer Liqasında başlayacaq layihə çərçivəsində PFL tərəfindən ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər.
Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.
Qalibə mükafatlar təqdim olunacaq.
