“Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurub.
Aut.az xəbər verir ki, “ağ-qarlaar2 Komandamız təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gecə saat 12-də çarter reysi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşəcək. Paytaxt təmsilçisi səfərə məşqçilər – Vadar Nuriyev, İqor Getman və qapıçılar üzrə məşqçi Yusif Hüseynovun rəhbərliyi altında 23 futbolçu ilə gedəcək.
“Matç TV” turnirində iştirak edəcək “Neftçi” nəinki baş məşqçisiz və yeni transferlərsiz hətta müqaviləsi 2 gün sonra başa çatacaq kapitan Emin Mahmudovsuz yollanacaq.
Qeyd edək ki, sözügedən turnir iyulun 1-dən 15-dək Sankt-Peterburqda təşkil olunacaq. Yarış başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq.
Qapıçılar: İvan Brkiç, Aqil Məmmədov, Rza Cəfərov.
Müdafiəçilər: Höccət Haqverdi, Solomon Kverkveliya, Azər Əliyev, Azər Salahlı, Ömər Buludov, Elton Əlibəyli, Samir Həsənov, Rüfət Abbasov, Hüseyn Babayev.
Yarımmüdafiəçilər: Kenni Sayef, Eddi İsrafilov, Rəhman Hacıyev, İsmayıl Zülfüqarlı, Kilan Lebon, Ataa Caber, Fərid Yusifli, Ömər Qurbanov.
Hücumçular: Mateus Saldanya, Yeqor Boqomolski, Ağadadaş Salyanski.