Dünya futbolu

Qullit onları yıxıb-sürüdü

Niderland futbolunun əfsanəsi Ruud Qullit milli komandanın futbolçuları Vircil van Deyk və Frenki de Yonqu liderlik keyfiyyətlərinin olmamasına görə tənqid edib.

Aut.az xəbər verir ki, Ronald Kuman komandanın baş məşqçi postuna qayıtmasından sonra “narıncılar” dörd oyunda üç məğlubiyyət alıb.

“Niderlandda bəzi insanlar onları bütləşdirsələr də, mən inanıram ki, bu iki vacib oyunçu lazımı anda uğursuz olur. Milli komandanın lideri kimi onlardan tələb olunan səviyyədə oynamırlar.

Düşünürəm ki, van Deyk və de Yonqda liderlik keyfiyyətləri yoxdur. Əslində, mən onlardan olmayan bir şeyi xahiş edirəm. Onlar öz oyunlarına daha çox diqqət yetirməlidirlər.

Meydanda liderlər olmayanda məşqçi üçün də çox çətin olur”, -deyə Qullit “De Telegraaf”dakı köşəsində yazıb.