İspaniya

Bir həsirdir, bir də Məmmədnəsir: pul yoxdur

“Barselona”nın nəinki yeni oyunçuları imzalamaq üçün nağd pulu yoxdur, həm də onları qeydiyyatdan keçirmək üçün praktiki olaraq heç bir imkan yoxdur. Bu həftə klub direktorlar şurasının iclasını keçirəcək və orada mövcud vəziyyətə baxılacaq”.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero “Tvitter” hesabında məlumat verib.

İyunun 26-da “Barsa” İlkay Gündoğanla azad agent kimi müqavilə imzaladığını açıqlayıb. Klub “Atletico Paranaense”nin 18 yaşlı vunderkindi Vitor Rokenin də transferi ilə bağlı razılığa gəlib, lakin “Barselona”nın transferi ödəmək üçün vəsaiti yoxdur.

Müqavilə baş tutsa, klub onu qeydiyyatdan keçirə bilməyəcəyi üçün futbolçunun dərhal icarəyə qaytarılması mümkündür.

Aut.az