İrqçiliyə görə sponsorsuz qaldılar
Ötən İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Valensiya” – “Real” oyununda qonaqların futbolçusu Vinisius Juniora qarşı azarkeşlər tərəfindən edilən irqçilik birincilərə baha başa gəlib.
Aut.az xəbər verir ki, klubun titul sponsoru olan İngiltərənin CAZOO nəqliyyat şirkəti “Mestalya” stadionun yaşanan hadisəyə görə, “yarasalar”la müqaviləni ləğv edib. Şirkət növbəti mövsümün sonuna qədər müüddəti olan sözləşməni birtərəfli qaydada pozub. Bu barədə “Relevo” məlumat yayıb.
“Valensiya”nın əməkdaşlıq etdiyi bütün şirkətlər irqçilik ittihamları ilə bağlı “Valensiya”ya ciddi narahatlıqlarını ifadə ediblər. Onlardan yalnız CAZOO müqaviləni ləğv etmək qərarına gəlib. İspaniya klubu İngiltərə şirkəti ilə müddəti 2 illik, dəyəri isə 8 milyon avro olan müqavilə imzalamışdı.
CAZOO əməkdaşlığın ilk ilk ili üçün 4, müqaviləni pozduğuna görə təzminat olaraq 1 milyon avro ödəniş edib.
